Obyektin xüsusi adı çox zaman onun fərqləndirici əlamətləri ilə bağlı olur. Məsələn, şəkildə verilmiş obyektlərin ümumi adı “masa” olsa da, onlara təyinatlarına görə xüsusi adlar verilmişdir.
Bir qrupdakı obyektləri fərqləndirmək üçün bəzən onun kəmiyyət və keyfiyyət əlamətlərindən istifadə olunur.
Obyektin ölçə bildiyimiz əlamətləri, məsələn, ölçüsü, çəkisi, temperaturu, tərkib hissələrinin sayı onun kəmiyyət əlamətləridir.
Obyektin ölçə bilmədiyimiz əlamətləri isə, məsələn, rəngi, dadı, hərəkətləri, tərkib hissələri, materialı keyfiyyət əlamətləridir.