Obyektləri təqdim etmək üçün onların bütün əlamətlərini sadalamağa gərək yoxdur. Bunun üçün onların ümumi və xüsusi adlarından istifadə olunur.
Ümumi ad qrupa daxil olan bütün obyektlərə aiddir. Məsələn: “bina”, “quş”, “informasiya daşıyıcısı” ümumi adlardır.
Qrupda obyekti seçdirmək üçün onun xüsusi adından istifadə edilir. Məsələn, “məktəb”, “sərçə”, “optik disk” obyektlərin xüsusi adlarıdır.
Məktəbdə oxuyan uşaqların ümumi adı “şagird”dir. Lakin hər şagirdin öz xüsusi adı var.