Eyni obyekt müxtəlif qruplara aid ola bilər. Məsələn, paxlavanı həm UN MƏMULATI, həm də ŞİRNİYYAT qrupuna aid etmək olar.
Qrupa daxil olan obyektlərin ümumi əlamətlərini cədvəl formasında göstərmək daha əlverişlidir. Məsələn, MƏİŞƏT CİHAZLARI qrupuna baxaq.
Bu obyektlər qrupunun ümumi tərkibini və hərəkətlərini cədvəldə belə göstərmək olar:
Tərkibi | Hərəkətləri |
Naqillər | İnsan tərəfindən idarə olunur |
İdarəetmə düymələri | Ev işlərində insana kömək edir |
Cərəyanla işləyən hissələri | Cərəyanla işləyir |