6. REBUS
-
Şəkillərdə
hansı informasiya
kodlaşdırılmışdır?
Kodlaşdırmanın bir növü də rebuslardır. Rebus şəkillər, işarələr və hərflərdən
ibarətdir. Rebus həm də tapmacanın bir növüdür, ancaq o, tapmacalardan
fərqlənir. Belə ki, rebusda obyektin xassələri sadalanmır. Rebus
şəkillər və işarələrlə kodlaşdırılmış informasiyadır.
Rebusu oxumaq, yaxud yeni rebus hazırlamaq üçün bəzi qaydaları bilmək
lazımdır:
-
Şəklin önündəki vergüllər
uyğun sözün başlanğıcından
vergüllərin sayı qədər hərfin
silinməsini bildirir.
-
Şəkildən sonrakı vergüllər
uyğun sözün sonundan
vergüllərin sayı qədər hərfin
silinməsini bildirir.
-
Sözün içərisindən silinməli hərflər
şəklin yuxarısında yazılır
və üstündən xətt çəkilir.