İnsanlar lap qədim zamanlardan qazandıqları bilikləri saxlamağa və başqalarına, eləcə də gələcək nəslə ötürməyə çalışmışlar. Bunun üçün onlar müxtəlif işarələrdən, simvollardan, başqa sözlə, kodlardan istifadə etmişlər.
İnformasiyanın kodlarla ifadə olunması kodlaşdırma adlanır.
Siz kod və kodlaşdırma ilə hər gün rastlaşırsınız.
Avtomobilin siqnalı, işıqforun işıqları, məktəb zəngi ilə aldığınız informasiyalar kodlaşdırılmış informasiyalardır.