İnformasiyanın ötürülməsində müəyyən vasitələrdən istifadə olunur. İnsan şəraitdən asılı olaraq müxtəlif ötürmə vasitələrini seçə bilər. Məsələn, informasiyanı yaxın məsafəyə danışıqla da ötürmək olar. Lakin məsafə böyükdürsə başqa vasitələrdən istifadə etmək lazım gəlir.
İnformasiyanı daha çox sayda insana ötürmək üçün kitab, jurnal, qəzet, radio, televiziya, İnternet kimi kütləvi informasiya vasitələrindən istifadə edilir.