İnformasiya daşıyıcılarından informasiyanın ötürülməsi üçün də istifadə olunur.

Aldığınız informasiyadan əvvəlki bilikləriniz əsasında nəticə çıxarırsınız. Başqa sözlə, informasiyanı emal edirsiniz.

Sözlük
  • İnformasiyanın saxlanması
  • İnformasiyanın ötürülməsi
  • İnformasiyanın emalı
  • İnformasiya prosesləri
 

Beləliklə, biz informasiya ilə müxtəlif işlər görürük: onu qəbul edir, saxlayır, emal edir və ötürürük. Bununla yanaşı, informasiyanın axtarılması, kodlaşdırılması və qorunması da informasiya ilə görülən əsas işlərdəndir.



İnformasiya ilə görülən bütün bu işlərə informasiya prosesləri deyilir. İnformasiya prosesləri yalnız insanlar arasında deyil, həm də bitkilər və heyvanlar aləmində baş verir.

 
FİKİRLƏŞ

Şəklə diqqətlə bax. İnformasiya ilə hansı işlər görülür?