Biz hər tərəfdən informasiya ilə əhatə olunmuşuq. İnformasiyanı başqa insanlardan, müxtəlif əşyalardan və hadisələrdən alırıq. Məsələn, müəllimə qulaq asanda, televizora baxanda, yemək yeyəndə, dostlarımızla söhbət edəndə informasiya qəbul edirik.
İnsanlar topladıqları informasiyanı saxlaya bilməsəydilər, inkişaf olmazdı. Biz saxlanmış informasiyalar əsasında keçmişi öyrənirik.
İnsan aldığı informasiyaları yaddaşında saxlamağa çalışır. Lakin yaddaşda saxlanılan informasiya hər bir şəxsin özünə məxsusdur.
İnformasiyanı uzun müddət saxlamaq, başqasına ötürmək üçün müxtəlif daşıyıcılar lazımdır.