16
Büdcəmiz
Hər bir ailənin öz büdcəsi var. Büdcə gəlirdən və xərclərdən
ibarətdir. Ailə üzvlərinin bir ay ərzində aldığı əməkhaqqı, təqaüd
və əlavə qazanclar ailənin gəlirini təşkil edir.
Xərclər dedikdə isə ailənin müxtəlif ehtiyaclarına sərf olunan pullar nəzərdə tutulur. Xərclər ailənin ay ərzində əldə etdiyi gəlirdən çox olmamalıdır. Əgər belə olarsa, borc yarana bilər.
Ailənin xərcləri müxtəlif ola bilər. Bura gündəlik qidaya, geyimə, elektrik, su və qaza, dərmana, məktəb ləvazimatlarına sərf edilən pullar və s. daxildir. Bu xərclərin bir qismi gözləniləndir.
Lakin bəzən ailənin gözlənilməz xərcləri də yarana bilər.

Sizcə, gözlənilən və gözlənilməz
xərclər nə deməkdir?
xərclər nə deməkdir?