Qayda və qanunun nə olduğunu
araşdırın. Bununla bağlı Venn
diaqramı qurun.
Hüquqlarınız pozulduğu zaman bu
barədə kiminlə danışmalı, kimə
məlumat verməli olduğunuzu
müzakirə edin.
Qaydalara harada riayət edilməli
olduğunu araşdırın.
Dünyada uşaqların hansı
hüquqlarının pozulduğunu müşahidə
etdiyinizi müzakirə edin.
Aşağıdakı hüquqları müzakirə edin və
əhəmiyyətinə görə sıralayın:
1
təhsil almaq hüququ
2
fikrini azad ifadə etmək hüququ
3
istirahət etmək hüququ
4
fikir və söz azadlığı hüququ
5
zorakılıqdan müdafiə hüququ