Azərbaycanla həmsərhəd olan
dövlətlər haqqında araşdırma aparın.
Azərbaycanın sərhəd olduğu ölkələrin
istiqamətini müəyyən edin.
Xəritədən istifadə edərək Azərbaycanın
hansı ölkələrlə əhatə olunduğunu
müəyyənləşdirin. Xətkeşdən istifadə
edərək sərhədlərin uzunluğunu böyükdən
kiçiyə doğru sıralayın.
Xaricdən gələn dostunuz gəzinti
üçün müəyyən yerləri görmək istəyir.
Ona bu səyahətdə köməklik edin.
Dostunuz hara getməlidir ki:
1
Suitilərini görsün.
2
Qızılqazları görsün.
3
Dağları görsün.
4
Ən uzun iki çayı görsün.
5
Palçıq vulkanlarını görsün?
Bakıdan əvvəl hansı şəhərlərin Azərbaycanın
paytaxtı olduğunu araşdırın.
Azərbaycanın Milli Ordusunun yaranması
haqqında araşdırma aparın. Sizcə,
nə üçün Milli Ordu dövlətin əsas
əlamətlərindən biri hesab olunur?