Şəkillərdə fərqli ölkələrdə mövcud
olan salamlaşma jestləri var. Parta yoldaşınızla
bu jestləri təkrarlayın. Hansı
xalqın salamlaşma qaydasının sizə
maraqlı gəldiyini müzakirə edin.
Aşağıda təqdim edilən pulların hansı
ölkəyə aid olduğunu müəyyən edin..
Aşağıda verilmiş müxtəlif xalqlara
aid ənənələri öz ənənələrimizlə
müqayisə edin.
1
Avropada
avtobusda yaşlı insanlara yer vermək
nəzakətsizlikdir. Bu, yer təklif edilən
insanın yaşlı göründüyünə işarə edir.
2
Çində
səssizyemək, ağız marçıldatmamaq
yeməkdən həzz almamaq deməkdir.
3
Yunanıstanda
qonaq olduğunuz evdə hər
hansı bir əşyanın gözəl olduğunu söyləmək
olmaz. Belə etsəniz, ev sahibi onu sizə
bağışlamalı olacaq.
4
Çində
ev sahibinə çiçək bağışlasanız, o,
evinin gözəl olmadığını düşünəcək.
5
Danimarkada
ad günü qeyd edilən evin
pəncərəsindən sevinc əlaməti kimi bayraq
asılır.