Sizcə, ünsiyyət
mədəniyyətini necə
formalaşdırmaq olar?
“Yoldaşlarla dialoq qurmaq”
və “əməkdaşlıq etmək
bacarığı" nə deməkdir?
Ünsiyyət zamanı başqasının sözünü kəsmək nə üçün ünsiyyət
mədəniyyətinə zidd xüsusiyyətdir?
Nə üçün evdən çıxarkən valideynlərdən, otağı tərk edərkən
müəllimdən icazə almaq lazımdır? Bunun ünsiyyət mədəniyyəti ilə
əlaqəsini izah edin.
Sizyoldaşınıza müraciət edirsiniz. O isə sizi dinləmək əvəzinə,
başqa işlə məşğuldur. Bunu necə qiymətləndirərsiniz?
Şəkillərdə təsvir edilənlər haqqında danışın. Sizcə, yanlış olan
nədir?