8
Ətraf mühitin
qorunması
qorunması
Təbiətdə bəzi bitki və heyvan növlərinə nadir hallarda rast gəlinir.
Elə canlılar da var ki, nəsli getdikcə tükənmək üzrədir. Onlar haqqında
məlumatların “Qırmızı kitab”da toplandığını artıq bilirsiniz. Bu
canlıları qorumaq üçün ölkəmizin ərazisində milli parklar və qoruqlar
yaradılıb. Bakı Dənizkənarı Milli Parkı, Göygöl Milli Parkı haqqında,
yəqin ki, eşitmisiniz. Milli parklarda təbiət qorunsa da, insanların
onun ərazisində gəzintisinə və istirahətinə icazə verilir.
Qoruqlar isə daha ciddi qorunan ərazilərdir. Bu ərazilərdə ov etmək,
ağac kəsmək qadağandır. Qoruqlarda əsasən elmi araşdırmalar aparılır.
Məsələn, Zaqatala Dövlət Təbiət Qoruğu, Eldar şamı Dövlət Təbiət Qoruğu bu cür yerlərdəndir. Bundan başqa, Azərbaycanda müvəqqəti olaraq qorunan ərazilər də var ki, bunlar yasaqlıqlardır.

Sizcə, qoruqlar milli parklardan
daha nə ilə fərqlənir?
daha nə ilə fərqlənir?