Aşağıdakı şəkildə qida zəhərlənməsinin
hansı əlamətləri göstərilib?
Dərmandan istifadə nə üçün valideynlərin
nəzarəti altında olmalıdır?
Şəkildə hansı qaydalar pozulub və bu,
qida zəhərlənməsinə səbəb ola bilərmi?
Aşağıda verilən siyahıda istifadə etdiyimiz
qida məhsullarına aid dörd əsas
qayda qeyd olunub. Dəftərinizdə hər
bir qaydanın əhəmiyyətini yazın.
★
təmizlik
★
çiy ət məhsulları və meyvələrin ayrıayrı
qablaşdırılması
★
düzgün temperaturda bişirilməsi
★
yeyilmədiyi halda soyuducu və ya
buzluqda saxlanılması