Sinif yoldaşlarınız arasında kiçik bir
sorğu keçirin. Cədvəl quraraq cavabları
qeyd edin. Nəticəni ümumiləşdirin və
müzakirə edin.
Qazlı içkiləri sevirsinizmi?
Sizin yaxınlığınızda və ya olduğunuz otaqda
siqaret çəkilərkən narahat olursunuzmu?
Tez-tez su içirsinizmi?
Televizora uzun müddət baxırsınızmı?
Sağlam qidalanırsınızmı?
Küçədə və ictimai yerlərdə tanımadığınız
şəxs sizə nəsə təklif etsə, onu qəbul edərsinizmi?
Hava şəraitinə uyğun geyinirsinizmi?
Vaxtında yatırsınızmı?
Sağlam həyat tərzi üçün aşağıda
göstərilən qaydaları davam etdirin və
bir vərdiş cədvəli hazırlayaraq gündəlik
nə qədər əməl edib-etmədiyinizi
yoxlayın. Qaydaları otağınızdan asın və
gündəlik qeydiyyat aparın.
1
tez-tez otağın pəncərəsini açıb
havalandırmaq
2
kino, cizgi filmi və oyunlara həddindən
çox vaxt ayırmamaq
İnsanları zərərli vərdişlərdən qorunmağa
səsləyən şəkillər çəkin.