Özünüzü hansı işdə istedadlı, bacarıqlı hesab edirsiniz?
Siz buna necə nail olmusunuz?
I hissə Bəhram şah mahir ovçu idi. Hər dəfə
ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə
adlı gözəl bir kənizi vardı. Bu qız heç vaxt Bəhram
şahın ovçuluq məharətini tərifləməzdi. Səbəbini
soruşanda isə deyərdi:
– Bu, sadəcə, bir vərdişdir. O qədər ov etmisən
ki, artıq quşu gözündən vurmağa öyrəşmisən.
Bəhram şah Fitnəyə qəzəbləndi, sərkərdəni
çağırıb əmr etdi ki, Fitnənin boynunu vursun.
Sərkərdə Fitnəni götürüb yola düzəldi. Fitnə öz
ağlı və cəsarəti ilə sərkərdənin hörmətini qazan-
mışdı.
Onun bu qızı öldürməyə əli gəlmirdi.
Sərkərdənin pərişan halını görən Fitnə dedi:
– Nahaq yerə məni öldürmə. Onsuz da gec-tez
şah verdiyi əmrə görə peşman olacaq. Onda sənə
də acığı tutacaq. Onun yanına get. De ki, Fitnəni
öldürdüm. Əgər bu xəbərdən kədərlənsə, deməli,
peşmandır. Yox, əgər sevinsə, qayıt onun əmrini
yerinə yetir.
Sərkərdə gördü ki, Fitnə ağıllı söz danışır. Ona
görə də qızı öldürməkdən vaz keçib dedi:
– Amma bu sirri gərək heç kəs bilməsin.
O, Fitnəni evinə aparıb gizlətdi. Özü isə
Bəhram şahın yanına qayıtdı.
• kəniz • məharət • vərdiş • öyünmək • pərişan