Nöqtələrin yerinə elə cümlə seçib əlavə edin ki, lətifə yaransın.
1
– Sən əlifbanı yaxşı bilirsən?
– Əlbəttə!
– Deyə bilərsən, A hərfindən sonra
nə gəlir?
– ...
2
– Əli, de görüm, iki üstəgəl iki neçə edər?
– Dörd.
– Düzdür. Al, buna görə sənə dörd konfet
verirəm.
– ...
3
– Saat neçədir?
– 6-nın yarısı.
– ...
4
– İradə, mənə beş dənə ev heyvanı saya
bilərsən?
– ...
a) B hərfi.
b) O biri hərflər.
a) Axı mən konfet xoşlamıram.
b) Eh, gərək səkkiz deyərdim!
a) Daha de ki, üçdür də...
b) Saatım xarab olub ki!
a) İnək, qoyun, keçi, toyuq, cücə.
b) Üç pişik və iki it.
1. Səs tonunuzu obrazların xarakterinə uyğunlaşdırın.
2. Müvafiq jest və mimikalardan istifadə edin.
3. Lətifənin sonluğunu bir qədər fərqli səsləndirin.