Düşün və cavab ver
C Mətndə hansı cümlə əsas fikri ifadə edir?
A) Uzaq yolu piyada getmək sağlamlığa faydalıdır.
B) Heyvanlarla mərhəmətli davranmaq lazımdır.
C) Başqalarının dediyi ilə oturub-durmaq olmaz.
Lətifə – gülməli və məzəli əhvalat haqqında yığcam, qısa hekayədir. Lətifələrin
əsas ideyası sonda aydınlaşır.
Lətifələr əyləndirmək məqsədi daşıyır. Lakin bu mətnlərdə çox zaman hikmətli
fikirlər də ifadə olunur.
Mollanın dişi tez-tez ağrıyırmış. Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-
ufuldaya
gəzirmiş. Amma qorxudan həkimə getmirmiş.
Bir gün dostlarından birisi deyir:
– Ay Molla, bir diş çəkdirmək nədir ki, sən belə qorxursan? Əgər sənin o dişin
mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
– Bu diş sənin ağzında olsaydı, elə mən də çəkdirərdim.
1. Ağrımayan başa dəsmal bağlamazlar.
2. Ağrıyan dişi çəkmək gərək.
3. Bu canın o candan xəbəri olmaz.
Araşdırma
E Bir neçə lətifə öyrənin və ailə üzvlərinizə danışın.