Aşağıdakı şeiri məzmun və obrazlar baxımından “Bir dəstə göyərçin”
mətni ilə müqayisə edin.
SIĞIRÇIN
VƏ GÖYƏRÇİN
Tələyə düşmüşdü bir gün Sığırçın,
Yazıq çırpınırdı xilas olmaqçün.
Gülürdü Göyərçin onun halına,
Lağ edirdi quşun çırpınmağına.
Deyirdi: – Bir utan, qızar işindən,
Tələyə düşmüsən gündüz vaxtı sən.
Bu sözü söyləyib bitirməmişdi,
Qəfildən özü də tora ilişdi.
Doğru deyiblər ki, gülmə qonşuna,
Vaxt olar, sənin də gələr başına.
Mirmehdi Seyidzadə
Təmsilin əsas obrazları heyvanlar və cansız varlıqlar olur. Bu obrazlar insana aid
xüsusiyyətləri daşıyır. Müəllif təmsil vasitəsilə oxuculara ibrətamiz fikirlər
çatdırır. Təmsil şeir və ya nağıl formasında yazılır.
C Qruplarla iş
Müəllimin təqdim etdiyi təmsilləri oxuyun.
Suallar əsasında təqdimat hazırlayın.
I qrup: Siçan və Dəvə
II qrup: Ağıllı Qarışqa
III qrup: Ayı və Şir
IV qrup: Sincab və Balıq
1. Oxuduğunuz mətn hansı xüsusiyyətlərinə
görə təmsil hesab olunur?
2. Təmsildə hansı mənfi xüsusiyyətlərdən danışılır?
3. Təmsildən hansı ibrətamiz nəticəyə gəlmək olar?