– Özünüz seçin, hansı daha yaxşıdır:
ovçuya yem olmaq, yoxsa iradəmizi toplayıb
azadlığa çıxmaq?
– Əlbəttə, azadlıq yaxşıdır!
– Onda iradəli olun, gücünüzü toplayın,
daha sürətlə uçun!
Azadlığa qovuşmaq istəyi göyərçinlərə güc
verdi. Onlar tez bir zamanda gözdən itdilər.
Alabaxtanın məsləhəti ilə Kəsəyənin yanına
uçub ondan kömək istədilər. Kəsəyən toru
dişləri ilə doğrayıb tökdü. Göyərçinlər
azadlığa çıxdı. Alabaxta başlarına gələnləri
Kəsəyənə danışdı. Kəsəyən onun ağlına,
göyərçinlərin iradəsinə heyran qaldı.
Nə anladın?
B Mətnə əsasən suallara cavab verin.
1. Göyərçinlər hansı problemlə üzləşmişdilər?
2. Nəyə görə göyərçinlər Alabaxtanı özlərinə başçı seçmişdilər?
3. Alabaxta göyərçinləri xilas etmək üçün onlara nə dedi?
Düşün və cavab ver
C Alabaxtanın hansı hərəkətləri onun lider olduğunu sübut edir?
1. Tək əldən səs çıxmaz.
2. Güc birlikdədir.
3. El bir olsa, dağ oynadar yerindən.