mühəndis üçün işarə ola bilərdi. Lakin heç kimdə kibrit yox
idi.
Hava çox soyuq idi. Ocaq qalamaq və yemək hazırlamaq
lazım idi. Hamı bilirdi ki, bu vəziyyətdə çətinliklərin
öhdəsindən yalnız mister Smit gələ bilər. Amma Smit heç
yerdə gözə dəymirdi.
Soyuq hava və aclıq hər kəsi əldən salmışdı. Hava isə artıq
qaralırdı. Sabahı gözləməkdən başqa çarələri qalmamışdı.
• qasırğa
• göz işlədikcə
• zəka
• mühəndis
• işgüzar
• diribaş
• sərnişin
• gözə dəymək
Nə anladın?
B Mətn əsasında suallara cavab verin.
1. Sərnişinlər hansı nəqliyyat vasitəsilə yola çıxmışdılar?
2. Hansı təbii fəlakət qəzaya səbəb oldu?
3. Onlar ətrafda torpağın olduğunu necə müəyyən etdilər?
4. Qəzada kim itkin düşdü?
Düşün və cavab ver
C Kimsəsiz adada tonqal qalamaq nə üçün vacib idi? Conatan tonqal
Ç
Sizcə, əsər qəhrəmanları kimsəsiz adada hansı çətinliklərlə üzləşə
bilərlər? Şəkillərə baxaraq həmin problemlərin həlli yolları haqqında
danışın.
D
Sizcə, hansı obraz əsərin baş qəhrəmanıdır? Mətnə istinad etməklə
cavabınızı əsaslandırın.