Verilmiş kəlamları oxuyub müqayisə edin.
1. Səhvini üzünə deyən düşmən bunu gizlədən dostdan yaxşıdır.
(Sokrat)
2. Dost dostun eybini üzünə deyər.
Müdrik şəxslərin qısa, dərin mənalı fikirləri aforizm adlanır. Atalar sözlərindən
fərqli olaraq aforizmlərin müəllifi məlumdur.
Məsələn: Elmin açarı sual işarəsidir (Balzak).
AFORİZMLƏR ATALAR SÖZLƏRİ
1
Sağlam olmaq istəyirsinizsə, heç vaxt
doyunca yeməyin.
(Sədi Şirazi)
2
İki atı eyni zamanda sürə bilməzsiniz.
(Albert Eynşteyn)
3
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
(Nizami Gəncəvi)
a
Bir əldə iki qarpız tutmaq olmaz.
b
Ağıl gücdən üstündür.
c
Çox yemək adamı
az yeməkdən də qoyar.
OĞLUM
MƏHƏMMƏDƏ
NƏSİHƏT
Oğul, sözlərimə yaxşı qulaq as,
Ata nəsihəti faydasız olmaz:
Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Məndən söyləməkdir, səndən eşitmək:
Bir insan əliboş gəzməsin gərək.
(Nizami Gəncəvi)