Hər hansı bir problemlə qarşılaşanda kimdən məsləhət alırsınız?
Nəyə görə məhz həmin şəxsə müraciət edirsiniz?
Sizcə, məsləhət vermək asandır, yoxsa ona əməl etmək?
var imiş. Hamı ona hörmət edər, onun məsləhətlərinə qulaq asarmış.
Bir gün qonşu qadın oğlu ilə onun yanına gəlib deyir:
– Şair, mənim oğlum həddən artıq şəkər yeyir. Nə qədər desəm də, xeyri
yoxdur. Xahiş edirəm, siz ona deyin ki, çox şəkər yeməsin.
Şair başını aşağı salıb dedi:
– Gedin, iki həftədən sonra gələrsiniz.
Qadın xeyli təəccübləndi, bir az da incidi. Axı bir kəlmə demək nə böyük işdir ki...
İki həftədən sonra qadın oğlu ilə bir də gəldi. Rumi onlara dedi ki, bir həftə də
gözləsinlər. Bu dəfə qadın dözmədi:
– Şair, axı sizdən böyük şey istəmirik...
– Gedin, gedin. Mən hələ məsləhət verməyə hazır deyiləm.
Qonşu qadın üçüncü dəfə oğlu ilə Ruminin yanına gəldi.
Bu dəfə şair uşağa dedi:
– Oğlum, məsləhətimə qulaq as, çox şəkər yemə.
Sağlamlığa ziyandır.
Uşaq: “Baş üstə, müəllim”, – deyib otaqdan çıxdı. Anası
Rumiyə təşəkkür edib soruşdu:
– Siz Allah, iki kəlməyə görə nə üçün bizi bu qədər
gözlətdiniz?
Rumi gülümsünüb dedi:
– Xanım, mən də uşaqlıqdan şəkərə aludəydim. Uşağa
məsləhət vermək üçün gərək bu vərdişdən əl çəkəydim.
• nəsihət • aludə olmaq • əl çəkmək • vərdiş
Nə anladın?
B Mətnə əsasən suallara cavab verin.
1. Qonşu qadın oğlunu nə üçün Ruminin yanına gətirmişdi?
2. Rumi nə üçün uşağa dərhal məsləhət vermədi?