“Kərpickəsən kişinin hekayəti” mətnindən nümunələr gətirməklə
atalar sözünü izah edin.
• Əmək insanı ucaldır.
• Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir.
Bir çox atalar sözlərində müdrik fikir birbaşa deyil, dolayısı ilə ifadə olunur.
Məsələn, "Dəmiri isti-isti döyərlər" atalar sözü, əslində, belə bir fikir ifadə
edir: Problemi dərhal həll etmək lazımdır.
1. Çəkilən zəhmət hədər getməz.
2. Sürüdən ayrılan qoyunu qurd yeyər.
3. Dost dostun eybini üzünə deyər.
4. Halva-halva deməklə ağız şirin olmaz.
1. Yüz ölç, bir biç.
2. Yalan ayaq tutar, yeriməz.
3. Doğru söz acı olar.
4. Ac toyuq yuxuda darı görər.
1. Könlü balıq istəyənin ...
2. Gülmə qonşuna, ...
3. Nə tökərsən aşına, ...
4. İstəyirsən bal-çörək, ...
a) ... al əlinə bel-kürək.
b) ... o da çıxar qaşığına.
c) ... ətəyi suda gərək.
ç) ... gələr başına.
1. Yaxşı günə səbir edən yaman günə tez çatar.
2. Qışda işlə, yayda dişlə.
3. Gündüzün xeyrindən axşamın şəri yaxşıdır.
4. Əkmək üçün biçmək lazımdır.
5. Vətən cənnət olsa da, yenə qürbət yaxşıdır.