Şəklə baxın. Obrazların zahiri görünüşünü təsvir edin. Şəkil həmin
obrazlar haqqında hansı təsəvvür yaradır?
Şam şəhərində qoca bir kişi yaşayırdı.
Palçıqdan kərpic kəsib satmaqla dolanırdı.
Qoca olsa da, çörəyini minnətsiz qazanırdı.
Qızmar bir yay günü idi. Kərpickəsən qoca
tərini silə-silə palçıq qarışdırırdı. Bu zaman
yoldan cavan bir oğlan keçirdi. O, qocanın
necə əziyyət çəkdiyini görüb dedi:
- Ey qoca, sən niyə belə ağır zəhmətə
qatlaşırsan? Yaşlı adamsan, özünə yazığın
gəlsin. Bu qədər əziyyətin qabağında qazan-
dığın
bir qarın çörəkdir. O çörəyi kimdən
istəsən, səndən əsirgəməz.
Qoca bir anlığa əl saxlayıb cavana baxdı. Bir
qədər acıqlı səslə dedi:
- Deyirsən, özümə yazığım gəlsin?! Mən o
zaman yazıq olaram ki, gəlib sənin qarşında
bir parça çörək üçün əl açım! Bu əziyyəti ona
görə çəkirəm ki, alnıaçıq, üzüağ yaşayım.
Qocanın sözləri cavana təsir etdi. O,
dediklərindən peşman oldu. Şərəflə yaşayan
bu qoca onun gözündə ucaldı. O, qoca
kərpickəsənə ədəblə baş əydi və yoluna
davam etdi.
Nizami Gəncəvinin “Sirlər xəzinəsi”
əsəri əsasında işlənmişdir.
Hekayət – hər hansı əxlaqi dəyər ifadə edən kiçikhəcmli əsərdir. Hekayət şeir
formasında da olur.