– Yox, mən əllərimi qızıla satmaram, – deyə oğlan cavab verdi.
Müəllim şagirdinə gülümsəyərək söylədi:
– İndi görürsən, necə dövlətlisən?! Sən sağlamsan, çalışqan olsan, hər şey
əldə edə bilərsən.
C
Aşağıdakı fikirləri öz sözlərinizlə izah edin. Onlardan hansı
A) Vaxtını düzgün bölsən, həm uğur, həm də sağlamlıq qazanarsan.
mətnin ideyasını əks etdirir?
B) İnsan üçün ən böyük dövlət sağlamlıqdır.
“Hikmət” – müdrik fikir deməkdir. Ata-babalarımızın müdrik fikirləri yığcam
cümlələr – kəlamlar şəklində bu günümüzə qədər gəlib çatmışdır. Bu fikirlər bir
çox əsərlərin ideyasını təşkil edir.
Ç
“Şah və xidmətçi” mətnini dinləyin.
Aşağıdakı kəlamları mətndən çıxış edərək əsaslandırın.
1-ci qrup: Dəniz qorxusu
2-ci qrup: Qeybət
3-cü qrup: Otuz adam
4-cü qrup: Kimin nəyi varsa