A Oxuduğunuz mətnləri xatırlayın. Bu əsərlərin ideyası haqqında danışın.
B
Sizcə, xoşbəxtlik nədir? Xoşbəxt olmaq üçün insana daha çox nə
lazımdır: sağlamlıq, yoxsa var-dövlət?
müəllimini görür. Onunla hal-əhval tutandan
sonra həyatından şikayətlənməyə başlayır:
- Müəllim, işlərim heç yaxşı deyil. Çox kasıb
yaşayıram. Kaş ki mənim də var-dövlətim olaydı.
Mən də yoldaşlarım kimi şən, firavan
yaşayaydım.
Müdrik müəllim şagirdinin sözünü kəsib dedi:
- Sənin belə gileylənməyə haqqın çatmır. Sən
ki böyük dövlət sahibisən!
Oğlan təəccübləndi.
- Mən dövlətliyəm? Hanı o dövlət?
- Sənin gözlərin. Sən bir gözünün əvəzinə nə
almaq istərdin?
- Siz nə danışırsınız?! Mən gözümü heç bir
xəzinəyə dəyişmərəm.
- Yaxşı, onda əllərinin əvəzində sənə çoxlu
qızıl verərəm.
• firavan
• hikmət
• kəlam
• gileylənmək