1 A
Təsəvvür edin ki, kimsəsiz bir adaya düşmüsünüz. Orada hansı
çətinliklərlə qarşılaşa bilərsiniz? Nəyə ehtiyacınız ola bilər?
I hissə Qasırğaya düşmüş hava balonu buludla-
rın arası ilə sürətlə irəliləyirdi. Göz işlədikcə hər
tərəf okean suları idi. Ətrafda nə bir torpaq, nə də
gəmi görünürdü. Birdən mühəndis Smitin iti
hürməyə başladı. Smit anladı ki, o nə isə görüb.
İtin hürdüyü istiqamətə baxdı və qışqırdı:
– Torpaq!
Ancaq sahil xeyli uzaqda idi. Ora çatana qədər
balonun havada qalması möcüzə olardı.
Hava balonunda beş sərnişin var idi. Aralarında
mister Smit iti ağlı və zəkası ilə digərlərindən
seçilirdi. Yaxşı təhsil almış mühəndis həm işgüzar,
həm də diribaş idi. Düşdüyü hər çətin vəziyyətdən
bir çıxış yolu tapmağı bacarırdı. Zəngin bilikləri və
güclü iradəsi hər zaman köməyinə çatırdı.
Hava balonu yavaş-yavaş aşağı enirdi. Onlar,
demək olar ki, suyun səthi ilə quruya yaxınlaşırdılar.
Birdən hündür bir dalğa balona çırpılıb onu
silkələdi. Hamı qışqırdı. Amma elə həmin güclü
dalğa bir göz qırpımında onları sahilə çıxartdı.
Qumun üzərinə sərilmiş səyyahlar bir azdan
özlərinə gəlib ətrafa boylandılar. Onlar yalnız dörd
nəfər idilər; mühəndis Smit yoxa çıxmışdı. Onun
iti sahibini tapmaq üçün sahilboyu ora-bura
qaçırdı. Hamı təşviş içərisində onu axtarırdı.
Dənizçi Conatan tonqal qalamağı təklif etdi. Bu,