Hərəkəti icra edən şəxsdən ( mən, sən, o və s.) və zamandan (keçmiş, indiki, gələcək)
asılı olaraq feillər müəyyən şəkilçilər qəbul edir. Bu zaman feilə əvvəlcə zaman,
sonra şəxs şəkilçisi qoşulur.
sözün kökü
zaman
şəkilçisi
şəxs şəkilçisi
ç a l ı ş ı r s ı n ı z
Feil 3-cü şəxsin təkinə aid olanda
şəxs şəkilçisi qəbul etmir:
çalışır, çalışdı, çalışar.
B
Cümlələrdəki feillərin hansı zamana aid olduğunu müəyyən edin.
Onlar kitabxanaya getdilər. (keçmiş zaman)
1. Onlar kitabxanaya getdilər.
4. Siz bu xəbərə çox sevinəcəksiniz.
Zaman şəkilçilərinin altından xətt çəkməklə cümlələri köçürün.
2. Sən bu işi bacaracaqsan.
3. Mən babamı çox istəyirəm.
5. O, səbirlə hamını dinlədi.
6. Biz sizi axşam yeməyinə gözləyirik.
C
Verilmiş feillərdə şəxs şəkilçisini müəyyən edin.
böldük, cücərdi, büdrədim, bişirirsən, buraxdılar, bilərsiniz, bəyənirik, xoşladın,
bəsləyirlər, çağıracağıq, oxudunuz, çaşıram, calayarsan
Hərəkətin hansı şəxsə aid olduğunu deyin.
Ç
Nümunəyə əsasən cədvəl tərtib edin. Verilmiş feillər əsasında cədvəli
dağıdacaqlar, inanmışıq, dərdi, dayandıq, güvənirəm, dəyişdiniz, istədim
doldurun.
feil
zaman
şəxs
çalırsınız
indiki zaman
2-ci şəxsin cəmi
D Qaçmaq, susmaq, görüşmək feillərini şəxsə və zamana görə dəyişin.