3
A
Bu bölmədə oxuduğunuz hansı mətndə möcüzəli hadisəyə rast gəlinmir?
A) Aldədə əfsanəsi
B) Qalalarımız
C) Odlar qızı
Rəvayətdə hər hansı tarixi yer və ya şəxsiyyətin adı çəkilir. Əfsanədən fərqli olaraq,
bu mətnlərdə möcüzəli əhvalatlar olmur.
Rəvayətlərdə çox zaman “Deyilənə görə”, “Rəvayətə görə” sözləri işlədilir.
B
Mətnləri oxuyun. Onlardan hansı rəvayətdir?
1
Bir gün Əmir Teymur qoşunu ilə hərbi yürüşə çıxır. Gəlib bir şəhərin
yanında düşərgə salır. Şəhər hakiminə xəbər göndərir ki, təslim olsun.
Deyilənə görə, şəhər hakimi müdrik adam imiş. O özü ilə hədiyyə olaraq
səkkiz qul götürüb Teymurun hüzuruna gəlir.
Keçmişdə türklər hədiyyə aparanda hər şeydən doqquz ədəd verərmişlər.
Ona görə də Teymur təəccüblə soruşur:
– Niyə səkkiz qul gətirmisən?
Şəhər hakimi cavab verir:
– Doqquzuncu mən özüməm.
Bu cavab Teymurun çox xoşuna gəlir. O, şəhərə toxunmayıb yoluna davam
edir.
2
1402-ci ildə Ankara yaxınlığında Osmanlı sultanı ilə Əmir Teymur arasında
döyüş olmuşdur. Döyüşdən əvvəl Əmir Teymur sultana məktub yazıb təslim
olmağı tələb edir. Sultan isə ona rədd cavabı verir. Onlar razılığa gələ bilmirlər.
Ağır döyüş başlayır. Əmir Teymurun ordusu sayca çox olur. Buna görə sultan
davam gətirə bilmir. O, geri çəkilməyə məcbur olur. Beləcə, Ankara döyüşü
Əmir Teymurun qələbəsi ilə başa çatır.
C
Qeydlər götürməklə “Brilyant qaşlı üzük” mətnini dinləyin.
Bu mətnin rəvayət olduğunu əsaslandırın.