B Məlumat vərəqlərini oxuyun.
NADİR ŞAH
Doğum tarixi: 1689-cu il
Ölüm tarixi: 1747-ci il
Hökmranlıq etdiyi dövlət: Əfşarlar
Hökmranlıq illəri: 1736-1747-ci illər
Əlavə məlumatlar:
Xorasanda, sadə bir ailədə doğulub.
Ana dili türk dili olub. Böyük sərkərdə kimi şöhrət qazanıb.
Hindistanı, Əfqanıstanı da işğal edərək böyük dövlət yaradıb.
ƏMİR TEYMUR
Doğum tarixi: 1336-cı il
Ölüm tarixi: 1405-ci il
Hökmranlıq etdiyi dövlət: Teymurilər
Hökmranlıq illəri: 1370-1405-ci illər
Əlavə məlumatlar:
Türk, fars, ərəb dillərini bilib. Bir çox
ölkələri fəth edib. Döyüşlərin birində ayağından yaralanıb.
Bundan sonra ömrünün sonuna qədər axsayıb. Ona görə də
“Teymurləng” ləqəbi ilə məşhurlaşıb.
C
Yuxarıdakı məlumatlardan istifadə etməklə aşağıdakı suallara cavab tapın.
1. Hansı hökmdar əvvəl yaşayıb: Nadir şah, yoxsa Əmir Teymur?
2. Nadir şah neçə yaşında hökmdar olub?
3. Nadir şah neçə il hökmdarlıq edib?
4. Əmir Teymur neçə il yaşayıb?
I qrup
Gələrsən-görərsən qalası
II qrup
Pəri qalasıı