Qalalar Azərbaycanda çox tarixi hadisələrin şahidi olub. Bu qalalarda görkəmli
tarixi şəxsiyyətlər yaşayıblar. Tariximizi unutmamaq üçün qalalarımızı
qorumalıyıq!
Nə anladın?
B Mətnə görə doğru fikirləri müəyyən edin.
1. Gələrsən-görərsən qalası Zaqatala rayonunda yerləşir.
2. Pəri qalasının başçısı mərd və cəsarətli xanım idi.
3. Nadir şah şəkililəri təslim olmağa məcbur etdi.
4. Qalaların adının yaranması müəyyən əhvalatlarla bağlıdır.
5. Qədimdə qalalardan müdafiə məqsədilə istifadə olunurdu.
Düşün və cavab ver
D Keçmiş zamanda qalaların tikintisini göz önündə canlandırın.