Feilin ifadə etdiyi hərəkət keçmişdə, indi və gələcəkdə baş verə bilər.
KEÇMİŞ ZAMAN
aldı , bildi, yudu,
üzdü, almışdır,
bilmişdir, yumuşdur, üzmüşdür
nə etdi? nə etmişdir?
İNDİKİ ZAMAN
alır , bilir,
yuyur,
üzür,
nə edir?
GƏLƏCƏK ZAMAN
alacaq , biləcək,
alar,
bilər,
nə edəcək? nə edər?
B
Cümlələrdəki feillərin hansı zamana aid olduğunu müəyyən edin.
1. Uşaqlar həyətdə futbol oynayırlar.
2. Yayda kəndimizə gedəcəyik.
3. Qələbə xəbəri hər tərəfə yayıldı.
4. Bütün ailə ekrana yaxın əyləşdi.
5. Bu məsələ barədə dərsdən sonra danışarıq.
6. Mən sabahkı imtahana yaxşı hazırlaşmışam.
7. Sən dostun üçün hədiyyə seçirsən?
C
Verilmiş feilləri hər üç zamanda cümlədə işlədib yazın.
oxumaq
qorumaq
çalışmaq
uçmaq
Ç
Cümlələrdəki feillərin zamanını müəyyən edin. Bu feilləri mötərizədə
Ana hamıya çay süzür. (keçmiş zaman)
1. Aqşin dərsə gecikdi. (indiki zaman)
verilmiş zamana uyğun dəyişin.
Ana hamıya çay süzdü.
2. Dostlarım bizə qonaq gəldilər. (gələcək zaman)
3. Bağban ağacları suladı. (gələcək zaman)
4. Əli babasına məktub yazır. (keçmiş zaman)