Qeyd götürməklə mətni oxuyun.
ən məşhuru ölkənin simvollarından biri olan Qız qalasıdır.
Qız qalası Bakıda - dənizə yaxın ərazidə yerləşir.
Qalanın hündürlüyü 28 metrdir. Qala səkkiz mərtəbədən ibarətdir.
Qız qalası sirli abidədir. Onunla bağlı
bir sıra sualların dəqiq cavabı hələ də
yoxdur. Məsələn, bu dairəvi qalaya
bitişik enli divar haqqında müxtəlif
fikirlər var. Bəzi alimlər onu tikili üçün
dayaq hesab edirlər. Bəziləri isə gizli
xəzinə yeri olduğunu düşünürlər.
Divarın üzərindəki bir yazıya görə
qala 12-ci əsrə aid edilir. Lakin qalanın
3000 il yaşı olduğunu deyənlər də var.
Qız qalasının əvvəl atəşpərəstlərin*
məbədi kimi tikildiyi, sonradan isə
müdafiə məqsədi üçün istifadə edildiyi
güman edilir. Qız qalası dünyanın
qorunan abidələri sırasına daxildir.
1. Qız qalasının hündürlüyü 28 metrdir.
2. Qala səkkiz mərtəbədən ibarətdir.
3. Dairəvi qalaya bitişik enli divar dayaq rolunu oynayır.
4. Qız qalası 12-ci əsrin abidəsidir.
5. Qalanın 3000 il yaşı var.
6. Qız qalası atəşpərəstlərin müqəddəs yeri olub.
Yaradıcı iş
Ç Mətndəki faktlardan istifadə etməklə Qız qalası haqqında yaddaş