Bu vaxt ağsaqqal üzünü insanlara tutub deyir:
– Bu odlar qızı torpağımızın xilaskarıdır. Onun od nəfəsi düşməni yandıracaq.
Odlar qızı alov saça-saça düşmənin düşərgəsinə yollanır. Onu görən düşmən
ordusu pərən-pərən düşür. Heç kim qızın qarşısına çıxa bilmir. Düşmən vahimə
içində şəhəri tərk edir. Beləliklə, Odlar yurdu bəladan xilas olur.
O gündən bu qalaya “Qız qalası” deyirlər.
Nə anladın?
B Mətndə hansı suallara cavab yoxdur?
1. Şəhərə tez-tez olunan hücumun səbəbi nə idi?
2. Düşmən tərəfi nə qədər itki verdi?
3. Şəhər neçə ay mühasirədə qaldı?
4. İlk dəfə qalanı kim “Qız qalası” adlandırdı?
Düşün və cavab ver
Ç Mətnin birinci abzasındakı hansı cümlə aşağıdakı fikri təsdiq edir?
1. Alovun qıza çevrilməsi
2. Dəniz sahilində od saçan qala
3. Düşmənin şəhərə hücumu
4. Qızın şəhəri xilas etməsi