Bakıda yerləşən Qız qalası haqqında bildiklərinizi danışın. Sizcə,
o nə üçün belə adlanır?
şəhərin əhalisi oda inanır, onu müqəddəs sayırdı. Şəhərin kənarında, dəniz
sahilində bir qala ucalırdı. Yerin odlu nəfəsi yuxarı qalxır, qalanın başında
alovlanıb yanırdı. Şəhərə yaxınlaşan hər bir gəmiçi onu uzaqdan görürdü.
Odlar yurdunun zəngin təbii sərvətləri vardı. Acgöz düşmən tez-tez bu
torpağa tamah salırdı. Qəhrəman şəhər əhalisi isə bu basqınların qarşısını
mərdliklə alırdı.
Günlərin birində güclü bir sərkərdə öz qoşunu ilə şəhərə hücum edir.
Şəhəri doxsan gün mühasirədə saxlayır. Şəhər əhalisi düşmənə sinə gərir,
təslim olmurdu.
Bir gün yurdun ağsaqqalı qalanın qarşısına gəlir. İnsanlara səslənib deyir:
– Odlar yurdumun mərd övladları, sizin mübarizliyiniz və vətən sevginiz
diyarımızı məhv olmağa qoymaz! Biz mütləq qalib gələcəyik.
Sonra o, üzünü qalanın başında yüksələn alova tutub dua edir:
– Ey Od tanrısı, bizi bu bəladan xilas et!
Elə bu zaman qalanın başından
möhkəm uğultu qopur. İnsanlar gözlərini
qaladan yüksələn alova zilləyirlər. Onlar
gördüklərinə heyrət edirlər. Alov gözəl bir
qıza dönmüşdü. Onun əlində mavi alovdan
qılınc vardı. Qızıl kimi parıldayan saçları
çiyinlərinə tökülmüşdü. Gözlərindən hər
tərəfə alov saçılırdı. Bu, intiqam alovu idi.
Camaat nəfəs çəkmədən bu canlı alovu
seyr edirdi.
• intiqam • pərən-pərən düşmək • saçmaq