Hərəkəti icra edən şəxsdən
(mən, sən, o və s.) asılı olaraq
feillər müəyyən şəkilçilər
qəbul edir.
ŞƏXS ƏVƏZLİKLƏRİ | ||
Tək | Cəm | |
I şəxs | Mən yazıram . | Biz yazırıq . |
II şəxs | Sən yazırsan . | Siz yazırsınız. |
III şəxs | O yazır. | Onlar yazırlar . |
B
Uyğunluğu müəyyən edin.
1. Mən
a. gəzdin.
1. Biz
a. gəzdilər.
2. Sən
3. O
b. gəzdi.
c. gəzdim.
2. Siz
3. Onlar
b. gəzdik.
c. gəzdiniz.
C
Nöqtələrin yerinə uyğun şəxs əvəzliklərini artırmaqla cümlələri köçürün.
1. Yay aylarında ... doğma kəndimizdə dincəlirik.
2. ... bu gün dərslərini oxuyub qurtarandan sonra bizə gələrsən.
3. Adətən, ... istirahət günləri görüşürlər.
4. Ev işlərində ... anama kömək edirəm.
5. Həmişə ən maraqlı işi ... təqdim edirsiniz.
6. Axır zamanlar ..., dərslərdə fəallıq göstərir.
Ç
Hər bir cümlənin sonunda verilmiş feilə uyğun şəkilçi artırmaqla
1. Biz müəllimin izahlarını diqqətlə ... (dinləmək).
cümlələri tamamlayın.
2. Boş vaxtım olanda mən kitab ... (oxumaq).
3. Sən həmişəki kimi ədalətli... (danışmaq).
4. O öz çalışqanlığı ilə hər zaman hamıdan ... (seçilmək).
5. Onlar bütün problemlərin həllində yaxından... (iştirak etmək).
6. Siz Vətənin torpaqlarını göz bəbəyi kimi ... (qorumaq).