Sözün əvvəl yaranmış mənası onun
həqiqi mənasıdır:
Baş – insan və ya heyvan bədəninin
yuxarı hissəsi. Dəvənin başı.
Bənzətmə əsasında sonradan yaranmış
məna isə onun məcazi mənasıdır:
Baş – vəzifəcə böyük olan, rəhbər.
yuxarı hissəsi. Baş
həkim.
B
Cümlələri oxuyun. Məcazi mənalı söz işlənən cümlələri müəyyən edin.
1
a.
Qapının ağzı təmiz idi.
b.
İtin ağzında sümük var idi.
2
a.
Uşağın boğazı ağrıyırdı.
b.
Çəkmənin boğazı enli idi.
3
a.
Dəmir darvaza köhnəlmişdi.
b.
Arifin Dəmir iradəsi var.
4
a.
Pişik dərin quyuya düşmüşdü..
b.
Baba dərin fikrə getdi.
C
Verilmiş sözlərin lüğətdəki izahlarından məcazi mənanı seçin.
Söz
Məna
Nümunə
Yumşaq
1. Bərk olmayan
1. Sarı rəngli qiymətli metal
Yumşaq yastıq
Qızıl üzük
Qızıl
2. Xoş, mülayim
2. Çox dəyərli, çox gözəl
Yumşaq xasiyyət
Qızıl əllər
Ç
Nöqtələrin yerinə elə söz yazın ki, cümlədəki feil məcazi məna ifadə etsin.
Vaxt uçur.
1.
... uçur. (quş / vaxt)
2. ... pıçıldaşırdı. (yarpaqlar / uşaqlar)
3. ... yazın gəlişinə sevinir. (insan / təbiət)
4. ... qaynayır. (çaydan / həyət)
5. ... bizi çağırır. (vətən / müəllim)