Hansı xalq mahnılarının və muğamların adını eşitmisiniz?
yaşayırdı. Onun mahnıları dillər əzbəri idi. Musiqiçinin sorağı hökmdara da çatır.
Hökmdar onu yanına çağırtdıraraq deyir:
- Gəl mənim sarayımda yaşa. Mənim şərəfimə mahnılar qoş. Razı olsan, qızıl
içində üzəcəksən.
Musiqiçi deyir:
- Hökmdar sağ olsun, mən xalqımdan ayrı düşsəm, heç nə yazıb-yarada
bilmərəm.
Bu cavab hökmdarı çox qəzəbləndirir. Musiqiçini zindana saldırır, ona ağır cəza
verməyi qərara alır.
Padşahın müdrik bir vəziri vardı. O, musiqiçinin
istedadına heyran idi. Onun cəzalandırılmasını istəmirdi.
Vəzir gizlicə musiqiçinin yanına gəlib deyir:
- Sağ qalmaq istəyirsənsə, gərək ölkəni tez tərk
eləyəsən. Mən səni buradan çıxardaram.
Vəzir musiqiçini arxa qapıdan çıxarır. Ona deyir ki,
keşikçilər duyuq düşməmiş tez şəhəri tərk eləsin. Yoxsa
hökmdar xəbər tuta bilər.
• cah-calal
• duyuq düşmək
• karvanbaşı
• zınqırov
• ecazkar
• ləhləmək
• mənzilbaşı