1. Aldədə möcüzə yaradır.
2. Xəbər Bağdad xəlifəsinə çatdı.
3. Ərəblər təəccübləndilər.
4. Bu çubuqların hərəsini bir tərəfə atacağam.
Hərəkət bildirən sözlər feil adlanır.
Cümlələrdə feillər müxtəlif şəkilçilər qəbul edə bilər:
Orxan mahnı oxuyacaq. Lalə kitab oxudu. Uşaqlar nağıl oxuyurlar.
Feil nə etmək? nə etdi? nə edir? nə edəcək? və s. suallardan birinə cavab verir.
B
Verilmiş feilləri kök və şəkilçiyə ayırın.
danışır, oynadı, güləcək, soruşdu, getdi, sevir, yazacaq, açır,
qoruyar, böyüdü, susacaq, saxlayar, gördü, yoxlayır, keçdi
C
Cümlələrdəki fikirdən asılı olaraq onları təsdiq və ya inkar feillə
1. Əsəd həmişə düzgün ...
danışır /danışmır. unudar / unutmaz. bəyəndi / bəyənmədi. deyəcək / deməyəcək. saldı / salmadı.
tamamlayın.
2. Vətən öz igid oğullarını ...
3. Bu maraqlı işi bütün uşaqlar ...
4. Ləman bilsə də, heç nə ...
5. O utandığından başını aşağı ...
Lüğətlərdə feillər -maq, -mək şəkilçisi ilə verilir: oxumaq, baxmaq.
Ç
Feillərdən istifadə etməklə cümlələri tamamlayın.
qonmaq
yerləşmək
yayılmaq
oxumaq
1. Aydın üçüncü sinifdə ............. .
2. Sinif otağımız ikinci mərtəbədə .............. .
3. Bağçadakı güllərin ətri hər tərəfə .................. .
4. Göyərçin yuvasına ................. .