“Göyçə gölü əfsanəsi”ndən verilmiş cümləyə diqqət yetirin. Bu cümlədə bulağın suyu nəyə bənzədilib?
Bulağın suyu buz kimi soyuq idi.
Bədii mətndə hər hansı varlığı
təsvir etmək üçün bəzən onu
başqa bir varlığa bənzədirlər.
Lalə quş kimi uçurdu.
bənzəyən
bənzədilən
B
Cümlələrdə altından xətt çəkilmiş sözləri uyğun ifadələrlə əvəz edərək
1. Qarpızın çox şirin dadı var.
qartal kimi
oxuyun.
2. O, cəld düşmənin üstünə şığıdı.
3. Maşının mühərriki dəqiq işləyir.
4. Şəhərin yolları çox hamar idi.
5. Uşağın üzü qorxudan ağappaq olmuşdu.
qar kimi
bal kimi
saat kimi
şüşə kimi
C
Bənzəyən və bənzədiləni uyğunlaşdırmaqla cümlələri tamamlayın.
1. ... polad kimi iradəsi var.
a) Məktəbin həyəti
2. ... qazan kimi qaynayırdı.
3. ... dəniz kimi dalğalanırdı.
4. ... göz yaşı kimi dumduru idi.
b) Üçrəngli bayrağımız
c) Bulağın suyu
ç) Mənim atamın
Ç
Cümlələri köçürün. Bənzəyən və bənzədilənin altından xətt çəkin.
Zəhmətdən bərkiyən qabarlı əllər daş kimi möhkəm idi.
1.İgidlərimiz Vətənin keşiyində dağ kimi dayanıblar.
2. Firuz baba nəvəsinin gəlişinə uşaq kimi sevinirdi.
3. Məstan düşmənin üzərinə pələng kimi atıldı.
4. Günelin yanaqları lalə kimi qızarmışdı.
5. Külək qurd kimi ulayırdı.
6. Körpənin saçları ipək kimi yumşaq idi.