Nə anladın?
B Mətnə aid suallara cavab verin.
1. Göyçədə yaşayan insanların məşğuliyyəti nə idi?
2. Düşmənlər nə üçün Göyçəyə tez-tez hücum edirdilər?
3. Təpədəki bulaq başqalarından nə ilə fərqlənirdi?
4. Göyçək niyə bulağın ağzını örtmədi?
5. Gölü niyə Göyçə adlandırdılar?
mahalıdır. Min il bundan əvvəl yaranmış “Dədə Qorqud” dastanında Göyçənin
adı çəkilir.
Bu ərazidə yerləşən ən böyük göl də Göyçə adlanır. Burada yaşayan insanlar,
əsasən, maldarlıq, əkinçilik, arıçılıq və s. təsərrüfat işləri ilə məşğul olurdular.
Ermənilər bu torpaqları ələ keçirmək üçün məkrli planlar qururdular.
Nəhayət, 100 il əvvəl onlar bu ərazini Rusiyanın köməyi ilə zəbt etdilər.
Ermənilər Göyçə gölünün adını dəyişib Sevan qoydular.
20-ci əsrin sonlarında mənfur ermənilər azərbaycanlıları
öz dədə-baba torpaqları olan Göyçədən didərgin saldılar. Bu
gün həmin soydaşlarımız doğma torpaqlara qayıtmaq arzusu
ilə yaşayırlar.
• didərgin salmaq
• zəbt etmək
1139-cu ildə Gəncədə güclü zəlzələ baş verdi. Kəpəz dağı uçaraq
Ağsu çayının qarşısını kəsdi. Həmin yerdə çayın axını dayandı və göl
əmələ gəldi.
Yaranan bu göl Göygöl adlandı.