Azərbaycan ərazisindəki hansı gölləri tanıyırsınız? Onlar haqqında
bildiklərinizi danışın.
varmış. Bu düzənlikdə əkinçi və maldar tayfaları yaşayırmış. Onlar heyvan
saxlamaqla, əkin-biçinlə ailələrini dolandırırmışlar.
Bu ərazi çox mənzərəli və bərəkətli imiş. Mənfur düşmənlər həmişə bu
torpağı ələ keçirmək istəyirmişlər. Mahalın mərd, döyüşkən oğulları isə öz
torpaqlarını göz bəbəyi kimi qoruyarmışlar.
Bu düzənlikdə bir təpənin ortasından bulaq süzülürmüş. Bulağın suyu buz
kimi soyuq imiş. Bulağın bir qəribəliyi varmış. Hər su götürəndən sonra bulaq
sel kimi aşıb-daşarmış. Ona görə camaat ona kip bağlanan qapaq düzəldibmiş.
Su götürəndən sonra bulağın ağzını qapaqla örtürmüşlər ki, su daşmasın.
Bir gün düşmən bu mahala hücum edir. Ağır döyüşdə tayfanın igid
oğullarından biri itkin düşür. Xeyli vaxt ondan xəbər çıxmır. Oğlanın bacısı
• maldar • tayfa • səhəng • mənfur • ah-nalə • kip
Göyçək gecə-gündüz ah-nalə edərək göz yaşı axıdır.
Bir gün qız fikirli-fikirli bulağa gəlir. Səhəngini
doldurur. Elə bu vaxt bir oğlan uşağı qaça-qaça
xəbər gətirir ki, qardaşın tapılıb. Sevincdən az qalır
ki, Göyçəyin ağlı başından çıxsın. Səhəngi cəld
çiyninə alıb qaçır. Bulağın ağzını örtmək yadından
çıxır. Bulağın suyu aşıb-daşmağa başlayır. Bütün
gecəni çölə axan su böyük göl əmələ gətirir.
Həmin gündən insanlar ərazini də, gölü də Göyçə
adlandırırlar.