ki, girsin təndirə. Aldədə dinməz-söyləməz əmri yerinə yetirdi. Adamlar
təndirin ağzını iri sal daşla möhkəm bağlayıb yatmağa getdilər.
Səhər oldu. Xəlifənin adamları təndirin ağzını açanda gözlərinə
inanmadılar. Aldədənin saqqalından buz parçaları sallanırdı. Əlindəki quzu isə
qıpqırmızı qızarmışdı. Ərəblərdən biri dedi:
– Bu, əsl möcüzədir. İndi sənə inandıq. Xəlifəmiz əmr edib ki, sənin
hər bir istəyini yerinə yetirək. Buyur, diləyini söylə.
Aldədə üç iri çubuq götürüb dedi:
– Mənim sizdən bircə istəyim var. Bu çubuqların hərəsini bir tərəfə
atacağam. Hara düşsə, gərək buradan ora kimi olan torpaqlara
toxunmayasınız.
Xəlifənin adamları çox sevindilər. Fikirləşdilər ki, yaşlı adamdır, yəqin ki,
onun atdığı çubuq çox uzağa düşə bilməz. Odur ki razılaşdılar.
Aldədə çubuqları atdı. Çubuqlar göydə fırlanıb yox oldu. Ərəblər təəccüblə
soruşdular:
– Çubuqlar hara düşdü?
– Biri Savalan dağına, biri Ağrıdağa, o biri isə Şahdağa, – Aldədə dedi.
Xəlifənin adamları bir ağızdan qışqırdılar:
– Bu ki elə Odlar ölkəsidir.
Aldədə dedi:
– Şərtimiz şərtdir. Kişinin sözü bir olar. Gərək
əməl edəsiniz.
Xəlifənin adamları gördülər ki, Aldədə ağıllı
olduğu qədər də torpağına bağlı bir insandır.
Onlar Aldədə ilə sağollaşaraq öz ölkələrinə
qayıtdılar.
Beləcə, Aldədə Odlar yurdunu uzun müddət
yadellilərin hücumundan xilas etdi.
Nə anladın?
B Mətnə aid suallara cavab verin.
1. Bağdad xəlifəsi öz adamlarına nə tapşırdı?
2. Aldədə yadelliləri necə təəccübləndirdi?
3. Aldədənin atdığı çubuqlar hansı dağlara düşdü?