Növbəti gün Azərbaycan ordusu Füzulinin daha bir neçə kəndini işğaldan
azad etdi. Bu kəndlər arasında İlqarın həsrətlə gözlədiyi doğma kəndi də vardı.
Əsgərlərlə dolu hərbi maşın kəndə daxil oldu. İlqar maşından düşər-düşməz
Alacıq təpəsinə tərəf qaçdı. Gözləri çay daşları ilə yazdığı “Bura Vətəndir”
sözlərini axtarırdı. Birdən dizləri üstə çöküb qarşısındakı daşları sığalladı:
– Buradasan! Yerindəsən! İllərdir, səni
görməsəm də, bilirdim ki, həmişə
mənimsən! Əmin idim ki, ərənlər ərəni
Ərgünəş qoruyacaq səni!
O, üçrəngli Azərbaycan bayrağını təpəyə
sancdı. Sevinc, qürur, həsrət qarışıq göz
yaşları içində qışqırdı:
– Bura Vətəndir!
• məruzə etmək • rəşadətli • əmin olmaq • dron
Ülkər Nurullayeva
Nə anladın?
B Mətnin məzmununa əsasən pilot, dron, proqramçı sözlərini izah edin.Düşün və cavab ver
Ç Mətnin 3-cü hissəsində hansı tarixi hadisə təsvir edilib?.Təqdimat
D Azərbaycan əsgəri ilə müsahibə hazırlayın və təqdim edin.