Düşün və cavab ver
Ç Sizcə, nə üçün mətndə məhz Ərgünəş dağı haqqında əfsanə verilir?
Tarixi hadisələr yalnız informativ mətnlərdə deyil, bədii mətnlərdə də əks oluna
bilər. Məsələn: “Bura Vətəndir!” bədii mətnində Füzulinin işğal olunması tarixi
hadisədir.
• Füzuli 1993-cü ildə işğal olunub.
• İlqar çox ağıllı və çalışqan şagird idi.
• 1999-cu ildə Bərdə şəhərində qaçqın şəhərciyi olub.
• İlqar Türkiyədə təhsil aldı.
• El-obasından köçkün düşənlər qaçqın şəhərciyində məskunlaşıblar.
2020-ci ildə Azərbaycan ordusu işğal altındakı
torpaqlarımızı düşməndən azad etdi. Bu şanlı
hadisə haqqında nə bilirsiniz?
“Bura Vətəndir!” mətninin davamını oxuyun.
Mətndəki hadisələri bildiyiniz faktlarla
müqayisə edin.