İlqarın anası həyəcanla qışqırdı:
– A bala, cəld ol, əşyalarını götür, tez getməliyik. Qadınları, uşaqları, qocaları
kənddən çıxarıb təhlükəsiz yerə aparırlar.
– Mən istəmirəm, getmək istəmirəm!
– Oğlum, inad etməyin yeri deyil, camaat bizi gözləyir, onları da təhlükəyə
atırıq.
Bir azdan bir neçə ailənin oturduğu avtobus kənddən uzaqlaşdı. İlqar kədərli
baxışlarla Ərgünəş dağı ilə sağollaşdı:
– Biz qayıdana kimi kəndimizə yaxşı bax!
***
II hissə 1999-cu il. Bərdə rayonu...
• əfsanə
• möhtəşəm
• ərən
• yağı
• örüş
• sayğı
• əzəmət
• lərzəyə gətirmək
Nə anladın?
B Mətnlə bağlı suallara cavab verin.