1. Ruslar Gəncəni tutmağa çalışırdı, ... şəhərin əlverişli mövqeyi vardı.
2. Sisyanov təslim olmağı təklif etdi, ... Cavad xan razılaşmadı.
3. Qapı açıldı ... Cavad xanın xanımı əlində qılınc içəri daxil oldu.
Mürəkkəb cümlədə ifadə olunan fikirlər arasında müxtəlif məna əlaqələri olur.
Bundan asılı olaraq fərqli bağlayıcılardan istifadə edilir.
1.
Fikirlər bir-birinin davamı kimi verilə bilər.
Payız gəldi və yarpaqlar saraldı.
2.
Fikirlər qarşılaşdırıla bilər.
Payız gəldi, amma yarpaqlar hələ saralmamışdı.
3.
Fikirlərdən biri səbəb, digəri onun nəticəsi ola bilər.
Yarpaqlar saralmışdı, çünki payız gəlmişdi.
Birləşdirir | Qarşılaşdırır | Səbəbini ifadə edir |
1. Göyün üzü tutuldu, ildırım çaxdı və güclü yağış yağdı.
2. Səlim gəlib çıxdı, ancaq Saleh hələ də gözə dəymirdi.
3. Böyüklərə hörmətlə yanaş, çünki özün də qocalacaqsan.
4. Biz xoşbəxtik, ona görə ki qəhrəman övladlarımız var.
5. Qapı açıldı və içəri ucaboylu bir oğlan daxil oldu.
1. Yaz gəldi.
2. Müəllim bir də izah etdi.
3. Qar yağmışdı.
a) Sara yaxşı anlamamışdı.
b) Hava soyuq deyildi.
c) Buzlar əridi.
1. Arzu dərslərini bitirdi, çünki kitablarını çantasına qoydu.
2. Mina həkim olmaq istəyirdi, lakin gecə-gündüz çalışırdı.
3. Nənəsi yorğanı onun üstünə çəkdi və yuxusu gəlmirdi.
4. Xalq igidləri alqışladı, ancaq onlar qələbə qazanmışdılar.