Gəncə camaatı qəhrəman Cavad xanı Cümə məscidinin
həyətində dəfn etdi. Burada onun türbəsi ucaldılıb.
Gəncədə və Bakıda cəsarətli Azərbaycan oğlunun şərəfinə
küçə və xiyabanlar var. Xalq öz qəhrəmanlarını heç vaxt
unutmur, onların xatirəsini daim yaşadır.
Nə anladın?
Ç Mətnə əsasən suallara cavab verin.Araşdırma
E Qruplara ayrılın və Gəncə ilə bağlı araşdırma aparın.
1-ci qrup: Gəncə qapıları
2-ci qrup: Gəncə xanlığı
3-cü qrup: Gəncə qalası
4-cü qrup: General Sisyanov
“Ağ atlı oğlan” və “Cavad xan” mətnlərini müqayisə edin.
1. Hansı mətndə hadisələrin dəqiq vaxtı göstərilir?
2. Hansı mətndə hadisələrin baş verdiyi yer göstərilir?
3. Hansı mətn həqiqi faktlar əsasında yazılıb?
Bəzi mətnlər keçmişdə baş vermiş həqiqi hadisələri əks etdirir. Buna tarixi
hadisə deyilir. Bu cür mətnləri oxuyarkən aşağıdakılar haqqında əlavə
məlumatlar əldə etməyə çalışın:
• hadisələrin baş verdiyi yer və zaman;
• hadisələrin iştirakçısı olan tarixi şəxsiyyətlər.
Təqdimat
B Oxuduğunuz mətn və topladığınız məlumatlar əsasında Gəncənin